Rektor xofu - Məmməd Talıblı

 

Arada sərbəst mövzular içərisində yazmaq istədiyim əsas mövzulardan biri təhsil sistemimiz və universitetlərimizin durumu ilə bağlı olmasın istəyirəm. Amma əhəmiyyətli bir hissəsin isə yazmışam və paylaşmamışam. Zamanı gəldikcə bölüşəcəm.
Zaman fürsəti olduğu üçün kiçik bir hissəsin bölüşmək istədim...

Giriş olaraq yazım ki, əvvəlki illərdə universitet rektorları ilə indikilər arasında müqayisələr aparmaq maraqlıdır. Misir Mərdanovun təhsil naziri olduğu dövrlərdə rektorların demək olar ki, hamısı yaşlı insanlar (bunu təcrübə əlaməti sayırlar) və partnomenklatura nümayəndələri idilər.

Müzakirələrə qapalı idilər. Dialoqdan uzaq və mükalimə qabiliyyətləri zəif olduqları təhsil mövzusundakı çıxışlarından da bilinirdi.

Son illərin ali təhsil müəssisələrində rektoruluğa gətirilənlər bəzi istisnalar olmaqla (BMU, LDU, SDU) digərləri əsasən yeni kaloritli və işgüzar xarakterləri ilə seçilən rektorlardır.

On illərdir həyatımın az qala yarısı ali təhsil müəssisələri ilə bağlı olub. Qeyri-təvazökarlıq olmasın, universitet mühitinin və qərarlarının sətiraltı mənaların “tərcüməçisiz” oxumaqda çətinlik çəkmirəm.

Universitet rektorları ilə bağlı iki hadisəni bölüşəcəm.

On il bundan qabaq olan hadisədir... Hörmət qoyduğum bir professorla çalışdığım universitetin dəhlizində gedirdik.

Birdən mühafizəçilərdən biri biz tərəfə hücum edirmiş kimi gələrək bizə ünvanlanmış “gizlənin, rektor gəlir” dedi.
Mən açığı, Anadolu qardaşlarımız demiş, şaşırdım...

Əllərimi gözlərimə toxunduraraq yuxu görürmüş kimi özümü sandım. İlk ağlıma gələn bu oldu ki, yəqin ki, universitetdə yanğın hadisəsi olduğu üçün həyacan dolu çağrış və hərəkət var.
Sonradan hiss etdim ki, bu rektorun yaratdığı süni həyacan və xof imiş...

Sakit tərzimi pozmadan mühafizəçiyə üzümü çevrərərk: “Utanmırsan, danışığıan bir ölçü ver. Biz universitetdən hara gedək?”

O, isə dərinə getmədən üzünü başqa əməkdaşlara tutaraq səsləndi. Bu hadisə universitetdə təkcə idarəetmə mühitini yox, sosial və elmi mühiitn nə yerdə olması haqqında da aydın təsəvvür yaradırdı.

Mən hadisə haqqında gəlib universitet əməkdaşlarına sarkazma danışanda sonra bəziləri “neynəmli” laqeydliyi ilə çiyinlərin çəkdi. Barmaqla sayılan bəzi həmkarlarım mənimlə həmrəy olduqlarını dedilər. Kafedrada sarkazmla ifadə etdiyim bu əhvalatı universitetlə əlaqəli sosial hesablardan (“facebook”) bir statusun altında “Qara eynəkli rektor”la bağlı mətn yazdım. Sonradan rəhbərliyin mənə münasibətin mənfiyə doğru dəyişdiyini dedilər və bunu özümdə “dərimdə” hiss etdim.

Mən də “qızıl onluq deyiləm ki, hamı məni istəsin” deyib öz düşüncəmdə qaldım və öz yolumu getməyə davam etdim...

İkinci bir hadisə isə düşündürücü hadisə ilə tanış olmaq üçün yazıram.

Bu günlərdə Xarici Dillər Universitetinə getməli oldum. Bu mənim universitetlə ilk təmasım idi. Getmək səbəbi tələbələrin bir fənninin tədrisi ilə bağlı narazılıqları ilə bağlı idi.

Tələbələrə hind Avropa dillərindən olan “sanskrit”in tədris olunur. Yeri düşmüşkən, bu dil “ölmüş dillər” qrupuna aid dilllərdən sayılır. Bu dilin ölkəmizdə bilicisi olan bircə nəfər belə yoxdur.

Ona görə bu sahənin bilicilərdən olan hindistanlı bir müəllimi bu məqsədlə universitetə müəllim olaraq dəvət ediblər. Həmin müəllimə isə dərsin tədrisində tələbələr üçün arzuolunan nəticələr əldə etməsinə nail ola bilməyib.

Zərbəçi və əlaçı tələbələr belə bu fənni yaxşı mənimsəyə bilmədikləri üçün bu mövzunun müzakirəsi üçün rəhbərliyə müraciət ediblər.

Sonda belə qərara gəlinib ki, bu mövzunu universitetin rektoru, akademik Kamal Abdulla ilə müzakirə edilsin. Rektor bu görüşə hazır olduğunu bildirib. Tələbələrin valideynlərin və yaxınların görüşə dəvət etdilər. Mən də görüşə gedəsi oldum.

Kamal Abdullanı qiyabi tanıyırdım. Gəncliyimdə kitabların oxuduğum, televiziyalarda ədəbiyyat, dil mövzularında çıxışların eşitmişdim. Gənclik illərimizin ən parlaq ədəbiyyat, dil bilicilərdən biri sayılırdı. Xarakterindəki bəzi əlamətlərindən də az-çox məlumatlı idim.

Görüş başladı... Sərbəst geyimdə uca boylu, zəif təbəssümlü və ağsaçlı bir insan zala daxil oldu. İlk sözü narazılıqları kimin ifadə etməsini dinləməklə başladı.

Çıxışları bəzən saxlayıb, dəqiqləşdirici suallar verməklə mahiyyət anlamağa çalışırdı. İstər valideynlərin, istərsə də tələbələrin fikirlərinin ifadə etməsində artıq sözləri islah etməyi də vurğalamadan keçmirdi.
Necə deyərlər, sözlü adamlarla söz adamı üz-üzə gəlmişdi....

Mənim ilkin dəqiqlərdə diqqətimi cəlb edən tələbə və valideynlərdə çəkincəklik hissinin olması idi. Belə davam edəcəyinin mümkünsüzlüyün hiss edib, nəzakətlə işarə edib söz aldım.

Qorxu altında heç bir uğurun olmadığını ifadə etməyi, onun öyrənmə, yaradıcılıq və müzakirə üçün nə qədər zərərli olduğunu bildirdim. Ona görə sərbəst müzakirə mühitinin olmasının vacibliyini söylədim.

Əlavə fikirlərimdən sonra rektor dəstəyini ifadə edərək təklif etdi ki, gəlin müzakirəni daha sərbəst, açıq və əhatəli formada aparaq. Zaman almasına baxmayaraq gəlin bunu sizlərlə edək. Xahiş etdi ki, tələbələrə yox, yalnız valideynlərə çay verilsin.

Təbii ki, bu təkcə nəzakətli münasibətin ifadəsi deyildi, əhatəli danışmaq və mövzunu çözmək üçün daha çox zaman xərcləməyə hazır olmanın əlaməti idi. Mən hiss etdim ki, rektor valideynləri formal qəbul etməyib. Düşünmək və qərar vermək üçün vəziyyəti dəqiqləşdirmək istəyir.

Mövzu üzərində çox durmayacağam. O hissəsinin detalların yazsam, geniş olar. Amma maraqlı olan bir neçə nöqtəni vurğulayacam. Bunun biri Kamal müəllimin rektor obrazının yaddaşıma köçürməli olduğun xarakterik əlamətləri ilə bağlıdır.

Digəri rektorun kitab oxumağın təşviqi ilə bağlı. Kamal müəllim dedi ki, tələbələrin kitaboxumasını motivasiya edilməsi üçün universitetimizin I kurs tələbələrinin ixtisasları ilə bağlı istədikləri kitabları alsınlar və onun ödənişini biz sonradan tələbəyə edək. Bu olduqca yaxşı bir təşviq mexanizmidir.

Ritorik sual da yarana bilər: Vasif Talıbov da “Oxunmalı 100 kitab” qərarın vermişdi. Bu kitaboxuma sistemi cahilliyi, yoxsa kamilliyi motivasiya etdi sualının cavabı hamıya aydın oldu.

Söhbət kitab oxumağa münasibətdə inzibati tələblə tələbənin motivasiyasını simbioz formada realizə etməyi bacarmaqdan gedir. Söhbət təsərrüfat xərclərini artırıb, kitab almağı çoxdan unudan ali təhsil müəssisələrindən getmir.

Azərbaycan da 3 universitet vardır ki, onlar başımız (Böyük Britaniyanın “Quacquarelli Symonds” təşkilatı) bu il uca etdi. Dünyanın ən reytinqli universitetləri (QS) sırasına daxil olmağaı bacaran hər üç universitetə dövlət dəstəyini sistemli formada artırmalıdır.

Mən isə deyirəm ki, dəbdəbəli bina tikib içinə təhsil yerləşdirməyin, təhsili olan universitetlərdə bina tikin! (M.T.)

P. S. Həmin reytinqdə yer alan universitetlərimiz haqqında geniş təhlil yazımı bu axşam saatlarında sizlərlə bölüşəcəm.

İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı 

"Demokratikmusavat.com"

0.20936799049377