Babayan: Ağdam-Xankəndi yolu açılmalı, Azərbaycanla ticari əlaqələr qurulmalıdır

 

Qarabağdakı irredentist qüvvələrin qondarma “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan uzun fasilədən sonra yenidən fəallaşmağa qərar verib. Bir müddət əvvəl aksiyalar keçirib Xankəndidəki xuntada “dövlət naziri” postu almaq üçün keçirdiyi mitinqlər uğursuz olduğundan geri çəkilmək məcburiyyətində qaldı. Amma o, tərəfdarlarını yenidən səfərbər edib Xankəndidəki xuntanı devirməyə hazırlaşır. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu məqsədlə Samvel Babayan Xankəndidəki xunta ilə paralel olaraq Qarabağdakı erməni icması arasında görüşlər keçirir. O, görüşləri vasitəsilə xunta başçısı Arutyunyana yenidən “dövlət naziri” postunu tutmaq istədiyini bildirib və erməniləri Azərbaycanla dialoqa təşviq etməyə hazır olduğunu söyləyib. 

Babaya erməni icması ilə görüşündə bildirib ki, Azərbaycanla dialoqa getmək, Ağdam yolunun açılması, ticari əlaqələrin qurulması üzləşilən durumdan çıxmağın ən yaxşı və düzgün yoludur.  

Mürtəza
Demokratikmusavat.com

0.20809102058411