Brüssel görüşündən sonra verilən bəyanatlar...

 

Azərbaycan və Ermənistan liderlərinin sonuncu Brüssel görüşündən sonra verilən bəyanatlar  Kreml və Tehranı ciddi qıcıqlanmasına səbəb olduğundan Moskvada belə bir görüşün keçirilməsi gözlənilən idi. Çünki Moskva və Tehran Qərbin İrəvanla Bakı arasındakı sülh prosesinin yaranmasındakı təşəbbüskarlığını həzm edə bilmədiyindən açıqca buna qarşı çıxır.

Brüssel görüşündən sonra Kreml bəyan etdi ki, əgər Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman sülh sazişinin imzalanmasında yeni situasiya yaranıb. Bu isə o deməkdir ki, Kreml İrəvanın bu mövqeyini öz maraqları baxımdan həzm edə bilmir və buna qarşı çıxır. Digər tərəfdən isə Kreml yeni situasiyada maraqlarına tam cavab verə bilməsə belə, İrəvanla Bakı arasındakı sülhün memarı və moderator özü olmaq istəyir. Qərbi buna şərik etmək istəmir. Ona görə də Brüssel görüşündən sonra Kreml Ermənistan və Xankəndidə gərginlik yaradaraq İrəvanla Bakını Moskva görüşünü keçirməyə çalışır. Bu işdə Tehran da Moskvaya istənilən dəstəyi vermiş oldu. Tehran və Moskva hesab edir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtləri daxilində sülh sazişinin imzalanması, onların bölgədən çıxarılmasına, ən azı isə mövqelərinin minimuma endirilməsi ilə nəticələnəcək.

Moskva bu gün diqqətini daha çox Ukrayna probleminə yönəltdiyindən Kreml Qərbin Cənubi Qafqazda təşəbbüsü ələ almasına qarşı çıxmaqda İrana yaşıl işıq yandırıb. Moskva-Tehran cütlüyü bu yolla bölgədə öz təsir imkanlarını qoruyub saxlamağa çalışır. Kreml və Tehran bu niyyətlərinə nail olmaq üçün təkcə diplomatik təzyiq vasitəsindən deyil, müxtəlif təhdidedici variantlarla təxribat törədəcəklərini belə, açıq şəkildə bəyan edirlər. Bu niyyətlərinə nail olmaq üçün onlar Xankəndidəki cinayətkar xunta və Ermənistandakı revanşistlərdən faydalanmağa çalışırlar.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskva görüşü öncəsi Tehrana səfəri də məhz bu məqsədlərə xidmət edir.

Birincisi, İrəvan danışıqlar prosesində manevr imkanları əldə etməyə çalışır. Belə ki, İrəvan Tehran və Moskvanın sülh prosesindəki mövqeyindən öz maraqları üçün faydalanmağa çalışır. 

Moskva görüşünə gəldikdə isə ciddi nəticə olacağını düşünmək sadəlöhvlük olar. Gündəlik Bakının şərtlərinə uyğun gəlməzsə, o zaman danışıqlar nəticəsiz bitəcək. 

 

0.14979314804077