Obamanın şəxsi aşpazı ölü tapıldı

 

ABŞ-nin 44-cü prezidenti Barak Obamanın aşpazı Tafari Kempbell Massaçusets ştatında ölü tapılıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı aşpaz Obamanın evinin yaxınlığındakı gölməçədə avarçəkməyə gedib və bir müddət sonra yoxa çıxıb.

Axtarışlar nəticəsində Tafarinin cansız bədəni iki gün sonra tapılıb. Cəsəd sahildən 30 metr aralıda, suyun 2,4 metr dərinliyində aşkarlanıb. 

Məlumata görə, o, xilasedici jilet geyinməyib.

Tafarinin gölməçəyə getdiyi gün Obama və ailəsi evdə olmayıb.

Qeyd edək ki, Tafari Obama Ağ Evdə olarkən aşpaz köməkçisi olub.

 

0.15697693824768