İran Hərbi Hava Qüvvələri İsfahanda təlimlər keçirir

 

İran Hərbi Hava Qüvvələri İsfahanda təlimlər keçirir.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Qeyd edilib ki, İran Hərbi Hava Qüvvələrinin 11-ci təliminin əsas mərhələsi bu gecə başlayacaq.

Təlimlərdə 92 növ qırıcı, bombardmançı və pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

Təlim zamanı kəşfiyyat, hava və yer hədəflərinin məhv edilməsi həyata keçiriləcək.

Eyni zamanda İsfahanla yanaşı, Tehran, Təbriz, Şiraz, Bəndər Abbas, Məşhəd və Dezful hərbi hava bölmələri də sözügedən təlimlərdə iştirak edəcək.

0.16454601287842