Meşə yanğınları nəticəsində 10 min turist təxliyə edildi

 

Yunanıstanın Rodos adasında beş gündür davam edən meşə yanğınları artıq turistlərin olduğu əraziyə çatıb.

Demokratikmusavat.com ” “Haber Global”a istinadən xəbər verir ki, 12 oteldən təxminən 10 min turist təxliyə edilib.

Bundan başqa Yunanıstan ordusuna və Sahil Mühafizəsinə aid 3 qayıqla çox sayda turist 2 çimərlikdən təhlükəsiz yerə aparılıb.

Güclü külək və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarının qarşısını almağa mane olur.

0.18181085586548