İtaliyada yüzlərlə aviareys təxirə salındı

 

Planlaşdırılan tətil səbəbindən İtaliyada yüzlərlə aviareys təxirə salınıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Milli aviadaşıyıcı “ITA” əksəriyyəti daxili, lakin bir neçəsi Madrid, Amsterdam və Barselona kimi Avropa istiqamətlərinə olan 133 uçuşu ləğv etdiyini bəyan edib.

Büdcə aviaşirkətləri “Ryanair” və “Vueling” yerli vaxtla səhər saat 10:00-dan 18:00-a qədər tətil səbəbiylə onlarla uçuşu ləğv edib. Tətil edənlər arasında pilotlar, stüardessalar, baqaj və hava limanının işçiləri var.

Neapol hava limanının saytında səhər saat 10-dan etibarən onlarla reys təxirə salınıb.

0.20932698249817