ABŞ Yaponiyanı Tayvan üzərində potensial silahlı münaqişəyə cəlb etmək istəyir - WSJ

 

ABŞ və Yaponiya Çin və Tayvan arasında silahlı münaqişə baş verəcəyi təqdirdə "birgə əməliyyat planı” hazırlamağa çalışır. Vaşinqton Tokionu, məsələn, adanın yaxınlığındakı "Çin sualtı qayıqlarının ovunda” iştirak etməyi düşünməyə sövq edir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən yazır.

WSJ aydınlaşdırır ki, ABŞ və Yaponiya bir ildən artıqdır plan üzərində işləyirlər. Nəşrin həmsöhbətləri bildiriblər ki, onlar silahların tədarükü marşrutlarını, raketlərin quraşdırılması yerlərini və qaçqınların təxliyəsi planlarını müzakirə edirlər. Onlar qeyd ediblər ki, Yaponiya ABŞ ordusuna yanacaq və digər təchizatla dəstək verməyə hazır olacaq, lakin Vaşinqton bu məsələdə "daha çox ​​aydınlıq" axtarır.
Ətraflı
Ad - 00:13

Pentaqonun sözçüsü WSJ-yə bildirib ki, ABŞ və Yaponiya Tayvan boğazında sülhə sadiqdirlər və Vaşinqton Tokionun Çinə qarşı "müdaxiləni gücləndirəcək rolunu, missiyalarını və imkanlarını genişləndirməkdə" marağını alqışlayır. Yaponiya hökumətinin sözçüsü tərəflərin münaqişə vəziyyətində plan hazırlayıb-hazırlamaması ilə bağlı suala cavab olaraq, ölkələrin "birgə müdafiə planları” olduğunu deyib, lakin təfərrüatları açıqlamayıb.

İyun ayında ABŞ-ın dövlət katibi Entoni Blinken Pekinə səfəri zamanı Çin hakimiyyətini əmin edib ki, Vaşinqton Tayvanın müstəqilliyini dəstəkləmir və Çinlə münaqişə etmək istəmir. ABŞ Çin və Tayvanın fikir ayrılıqlarını sülh yolu ilə həll etməli olduğunu bildirib.(Qaynarinfo )

0.20095801353455