Sankt-Peterburqun mərkəzində deputat döyüldü

 

Rusiyanın Sankt-Peterburq şəhərində bələdiyyə deputatı rezin çubuqla döyülüb.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb .

Məlumata görə, hadisə yerinə Rusiya Qvardiyasının dəstəsi gəlib və polisin köməyi ilə 22 yaşlı sakin saxlanılıb. Zərərçəkmiş deputat xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub.

Tibbi yardım göstərildikdən sonra deputatın vəziyyəti qənaətbəxşdir. Hücum edən şəxs xuliqanlıqda ittiham olunub.

0.23949790000916