Ağ Evə kokaini kimin qoyduğunu tapa bilmirlər

 

ABŞ Məxfi Xidmətinin Ağ Evdə kokainlə bağlı apardığı təhqiqatda narkotiki kompleksə kimin qoyduğu müəyyən edilməyib.

Demokratikmusavat.com xəbər verir ki, ABŞ-dəki Məxfi Xidmətdən verilən açıqlamada iyulun 2-də Ağ Evdə tapılan kokainlə bağlı istintaqın tamamlandığı bildirilib.

Açıqlamada kokainin Ağ Evin Qərb Qanadına girməzdən əvvəl elektron və şəxsi cihazların müvəqqəti saxlanması üçün istifadə edilən qutuda aşkar edildiyi bildirilib.
Kokainin aşkarlanmasından bir neçə gün əvvəl yüzlərlə ziyarətçinin görüntülərinin skan edildiyi, lakin kokaini kimin qoyduğunun müəyyən edilmədiyi vurğulanıb.(qafqazinfo)

0.23755407333374