Kiyevdə rus dilində musiqi və kitablar qadağan olundu

 

Kiyev Şəhər Şurası rusdilli musiqi və kitabların kütləvi nümayişini, həmçinin bu dildə konsertlərin və mədəni-maarif xidmətlərinin göstərilməsini qadağan edib.

Qərar iyulun 13-də doqquzuncu çağırış Kiyev Şəhər Şurasının ikinci sessiyasının plenar iclasında qəbul edilib.

Şuranın deputatı, Təhsil və elm, gənclər və idman daimi komissiyasının rəhbəri Vadim Vasilçuk izah edib ki, qadağa musiqi, kitab və digər yaradıcılıq məhsullarına şamil edilir. Onun sözlərinə görə, Kiyevdə rus dilinə yer yoxdur.(oxu.az)

0.19041895866394