Niderland kralı ölkəsinin köləlikdəki roluna görə üzr istədi

 

Niderland kralı Villem-Aleksander ölkəsinin kölə ticarətindəki roluna görə rəsmi olaraq üzr istəyib.

Demokratikmusavat.com xəbər verir ki, Kral Villem-Aleksander Niderlandın kölə ticarətinə qadağa qoymasının ildönümündə təşkil edilən mərasimdə ölkəsinin köləlikdəki rolu ilə bağlı qiymətləndirmələr edib.

"Mən bu gün qarşınızdayam. Bu gün sizin kralınız və hökumətin bir üzvü kimi şəxsən üzr istəyirəm. Kəlimələrin ağırlığını qəlbimdə və canımda hiss edirəm", deyə kral bildirib.

Orange-Nassau Xənədanlığının köləlikdəki "dəqiq rolunu" müəyyən etmək məqsədilə bir araşdırma aparılması üçün göstəriş verdiyini qeyd edən Kral Villem-Aleksander bəşəriyyətə qarşı bu cinayətə qarşı hərəkətə keçmədiyinə görə əfv olunmasını istəyib.

Niderlandın baş naziri Mark Rutte də 2022-ci ilin dekabrında ölkəsinin köləlik tarixinə və qul ticarətindəki roluna görə hökuməti adından rəsmi olaraq üzr istəyib.

Cənubi Amerika və Afrikanın sahilyanı ərazilərində müstəmləkə quran Niderland 16-cı əsrin sonlarında "Transatlantik” bölgəsində qul ticarətinə başlayıb və "qızıl dövrünü" yaşadığı 17-ci əsrin ortalarında Cənubi Amerika ilə Avropa arasındakı kölə ticarətinin ən mühüm aktorlarından biri olub. Krallıq 1 iyul 1863-cü ildə kölə ticarətini rəsmən qadağan edib.

0.16636490821838