Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Siyasət və Proqrama Dəstək Bürosunun Direktoru Markos Atias Neto ilə görüşüb.

Bu barədə BMT İnkişaf Proqramının Azəzrbaycandakı nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Görüş əsnasında iqlim hərəkatında BMTİP-nin Azərbaycana dəstək öhdəliyi təsdiqlənib.

0.2715790271759