16-cı əsrə aid kilsə tapıldı

 

Meksikada uzun müddət davam edən quraqlıq suyun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı enməsinə səbəb olub.

Demokratikmusavat.com  xəbər verir ki, bunun ardından su anbarından 16-cı əsrə aid bir katolik kilsəsi üzə çıxıb. Məlumata görə, 1500-cü illərin ortalarında Bartolome de las Kasasın başçılıq etdiyi Dominikan rahibləri tərəfindən tikilmiş və Apostol Ceymsə həsr olunmuş bu kilsə 1966-cı ildə Qrijalva çayı üzərində tikilən Çiapasdakı Nezahualcoyotl su anbarında yerləşir. 18-ci əsrin ortalarında vəba epidemiyasına görə tərk edilmiş kilsənin xarabalıqları çox vaxt suyun səviyyəsi aşağı düşəndə ​​qismən aşkar edilirdi və turistlər onu ziyarət etmək üçün qayıqla gəlirdilər. Lakin builki quraqlıq kilsəni tamamilə üzə çıxarıb.

0.15758395195007