Paralel.az " xəbər verir ki, bunu Gürcüstan ..."> Paralel.az " xəbər verir ki, bunu Gürcüstan ...">

Şalva Papuaşvili: Gürcüstan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcək

 

Gürcüstan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcək.

Demokratikmusavat.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın qələbəsinin Qafqaz ölkələrinin də qələbəsi anlamına gələcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Şalva Papuaşvili Ukraynanın qələbəsinin elə Ukraynanın qələbəsi anlamına gəldiyini vurğulayıb:

“Gürcüstanın öz ərazi bütövlüyünü bərpa etməsinə gəlincə, biz ərazi bütövlüyünün sülh yolu ilə bərpa ediləcəyini dürüst və vicdanlı şəkildə bəyan etmişik. Bizim siyasətimiz budur və hökumətin hansısa gizli gündəliyi yoxdur”.

Gürcüstan parlamentinin spikeri bəzi müxalifət nümayəndələrinin bunun əksinə düşündüyünü, bir müddət öncə Rusiyada baş verən hadisələr zamanı bunun özünü göstərdiyini əlavə edib.

0.16335988044739