AMEA hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı Azər Quliyevlə “şifahi bazarlığı”

 

Dünən AMEA-ya gələnlər 45 ilin AMEA işçilərinin yataqxanada yaşamadıqlarına “kağız” yazıblar”

Ortalıq 45 ildir həyat yoldaşımla birlikdə AMEA-da çalışırıq. Torpağımıza düşmən saldırısı başlayan ilk gündən aspiranturada təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getmişəm, AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əliliyəm, Səhiyyə Nazirliyinin rəyi ilə respublikadan kənarda müalicəyə ehtiyacım var. Ağdərədə döyüşlərdə olanda kimya doktoru həyat yoldaşım televiziya ilə verilən  şəhid olmağım xəbərindən stress keçirib, 2-ci dərəcəli əlildir. Qarabağda başım döyüşlərə qatılanda AMEA İşlər İdarəsi iki körpə uşaqlı ailəmi 1979-cu ildən yaşadığımız Şərifzadə küçəsindəki yataqxanadan çıxzrı, yataqxananı AMEA-ya aidliyi olmayan şəxslərə satıblar. Həmin binanın yerində tikilın evdən isə mənzil almağımıza da AMEA İşlər İdarəsi qadağa qoyub.

Mənzil problemimizin çözülməsindən yana AMEA-nın bütün prezidentləri , görkəmli elm xadimləri , millət vəkilləri əllərindən gələni ediblər. Akademik- prezident- deputatFəraməz Maqsudov, akademik-deputat Cəlal Əliyev millət vəkili kimi bir neçə dəfə deputat sorğusu ilə BŞİH-ə, ƏƏSMN-ə müraciət etsələr də, sonuc belə olub ki, BŞİHişlədiyim Neft Kimya Prosesləri İnstitutunun ( NKPİ ) tikdiyi evdən mənə nəzərdə tutulan ikiotaqlı mənzili öz balansına keçirib.(?) Bu barədə AMEA prezidenti, akademik Mahmud Kərimovun müraciətinə cavab olaraq 24.10.2002 tarixli məktubla NKPİ-nin direktoru , akademik Musa Rüstəmov məlumat verib. Özbaşınalığa baxın, hər tikilən binadan 10-15 mənzil müharibə əlillərinə, şəhid ailələrinə ayrılmalı olduğu halda, hər hansı qurumun tikdiyi evdən ilk növbədə həmin qurumun müharibə adamları mənzillə təmin olunmaları qanunolduğu halda, 1-ci dərəcəli Qarabağ əlili ailəsinə ayrılan mənzili BŞİH ələ keçirib.(?) “BŞİH-də fərasətə bax!”

Vurğuladığım elm adamlarının hamısı dünyasını dəyişib, amma sağları da var! Şair demiş, ölən ölüb, qalan sağlar bizimdir! Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev üç dəfə AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət edib. Birinci iki dəfə - 2013-cü ilin fevralında vitse-prezident, hazırkı AMEA prezidenti İsa Həbibbəyli müraciəti İşlər İdarəsinə ünvanlayıbvə orada it-bata salıblar. Yenidən müraciətimə cavab olaraq akademik Arif Paşayevin 20.05.2015 tarixli, 280 saylı məktubunun surəti özümə də verilib.

2015-ci ilin sentyabrında AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Rəyasət Heyətinin video-çəkilişlə iclası keçirilib və prezident bildirib ki, Şərifzadə küçəsində tikilən evdən 1-ci dərəcəli Qarabağ əlilinin alim ailəsinə mənzil ayrılacaq. 2017-ci ildə mənzil bölgüsü olub və işlər müdiri Fətəli Abdullayevin,  müavini Sərdar Əliyevin, prezidentin , vitse-prezidentlərin yataqxana sakinləri üçün nəzərdə tutulan mənzilləri özlərinə, sürücülərinə, katibələrinəgötürmələri məlum olub. Bu sətirlərin yazarının qəbul hüququna da , məhkəmə müdafiəsi hüququna da işlər müdirivə müavini qadağa qoyduğundan , özbaşınalıqdan müdafiə hüququ pozulub. 1-ci vitse- prezidentin məktubuna cavab olaraq işlər müdirinin müavini AMEA-da yaradılan mənzil komissiyasının hər həftə toplaşdığını 2019-cu ilə kimi bildirib. 2019-cu prezident postuna akademik Ramiz Mehdiyevin gəlməsi ilə işlər idarəsinin işləklərinə və işlərinə son qoyulub. Yeni rəhbərlik problemin çözülməsinə çalışsa da, bu yol “covid-19 “asqırıb”. İsa Həbibbəyli prezident olandan Şərifzadədəki mənzil özbaşınalığını tarixə atmaq çabalarıbaşlayıb.

Çıxış yolu kimi hüquq yoluna üz tutanda isə hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı Azər Qiliyevlə“şifahi bazarlığı” üzə çıxıb. Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli iddiaçı Qarabağ əlilinin 40-a yaxın sənədini, vəsatətini, ərizəsini bir yana atıb, cavabdehin nümayəndəsinin saxta məlumatını əsas tutub. 21.06.2023 tarixli qətnamə hələ verilməyib, amma cavabdehin işdə yeganə “sübutu” kimiKamal Əliyevin şifahi sorğusuna yataqxana üzrə baş mütəxəssis Azər Quliyevin 07.06.2013 tarixli əllə yazılanmənim heç vaxt yataqxanada qeydiyyatda olmamağım və yaşamamağım haqqında saxta cavabının portalda yerləşdirilməsi hər şeyi ortaya qoyur. Özbaşınalığa baxın, 45 ilin AMEA işçilərinin hüquqlarına dünənin AMEA yataqxana hüquq mütəxəssisləri kağız parçası ilə qadağa qoyurlar. Lap heç yaşamamışam, savaşdan başım açılmayıb, bəyəm mənzillər yalnız prezidentlərə, vitse-prezidentlərə , işlər idarəsinin sürücülərinə, katibələrə verilməlidir?

Belə görünür, yenə də son söz Avropa İnsan Hüquqları Məhkəməsinin olacaq...

Məğrur Bədəlsoy

"Demokratikmusavat.com"

0.1863260269165