Ağstafa rayon sakinlərinin problem və təklifləri “Açıq mikrofon”da

 

“Səyyar qəbul otağı”nın növbəti ünvanı Ağstafa rayonu olub. Aksiyaya qatılan 10-a yaxın sakindən 8-i müraciətini ünvanlayıb.
"Demokratikmusavat.com"  xəbər verir ki, mikrofon önünə keçən abonentlər qapı keçidinin quraşdırılması, debitor borcun araşdırılması və uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini xahiş ediblər. Bundan başqa küçə qaz xəttinin çəkilməsi və yeni qazlaşmış küçəyə mavi yanacağın verilməsi kimi müraciətlər də sakinlər tərəfindən ünvanlanıb. Görüşdə səslənən problem və təkliflər barədə Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiya iştirakçılarına ətraflı məlumat veriblər.

0.16414785385132