Yetkinlik yaşına çatmayanların qapalı tipli müəssisəyə göndərilməsi qaydası dəyişdirildi

 

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

"Demokratikmusavat.com" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallara Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 
Buna qədər həmin materiallara məhkəməyə daxil olandan sonra 10 gündən gec olmayaraq baxılırdı.

Bundan başqa, qanunun 22-ci maddəsinin ikinci bəndi (Məhkəməyə yetkinlik yaşına çatmayan, onun valideynləri və ya digər qanuni nümayəndələri, habelə hakimin mülahizəsinə əsasən digər şəxslər çağırılırlar) ləğv edilib.

0.16369295120239