Jurnalistin "sovet formaları" iradına nazirlikdən REAKSİYA - VİDEO

 
Jurnalist Aygün Muradxanlı Naxçıvanda məktəblərdən birində keçirilən “Son zəng” tədbirində birinci siniflərin geyindiyi paltarlara irad tutub.
 
Demokratikmusavat.com xəbər verir ki, o, uşaqların nə üçün sovet dövründəki kimi məktəbli forması (qara don, ağ önlük) geyinməsini sual edib.
 
Jurnalist birincilərin geyiminə kəskin iradını bildirib.
 
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə ona cavab olaraq geyimlərin məktəbli forması olmadığını bildirib:
 
“Bu, “ Son zəng”ə uyğun mərasimdə rəqs etmək üçün geyim formasıdır. Xahiş edirəm nəzərə alın”,- o söyləyib.
 
Billurə

0.18265104293823