Əfqanıstan-Pakistan sərhədində atışma - ölənlər var

 

Əfqanıstan-Pakistan sərhədində silahlı atışma olub, ölənlər var.

Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Ölkənin şimal-qərbindəki Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu hücuma görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Həyata keçirilən tədbirlər çərçivəsində silahlılara məxsus sursat anbarı aşkar olunub.

Atışma zamanı 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.

0.19100093841553