“Şimal axını” və “Şimal axını -2”-nin partladılmasında Polşanın rolu araşdırılır

 

Almaniya tədqiqatçıları Baltik dənizində Rusiya qazının nəql olunduğu “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılmasında Polşanın rolunu araşdırırlar.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qeyd edilib ki, ehtimal olunan təxribatçıların hücum üçün Polşadan baza kimi istifadə edə biləcəklərinə dair sübutlar var. Qaz kəmərlərinin partladılmasında istifadə edildiyi ehtimal edilən “Andromeda” yaxtası ilə bağlı məlumatların analizi buna əsas verir. Alman tədqiqatçılar naviqasiya avadanlıqları, peyk çəkilişləri, mobil telefon zəngləri və elektron yazışmalarda “Andromeda” yaxtasının iki həftəlik marşrutunu müəyyənləşdiriblər. Məlum olub ki, yaxta Polşa sularına daxil olmaq üçün kursundan yayınıb. Yaxtadan götürülən DNK materialları minimum bir Ukrayna əsgərinə aiddir.

Polşa xüsusi xidmət orqanlarının koordinatorunun təmsilçisi Stanislav Jarın isə ölkəsinin “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə hər hansı əlaqəsinin olmadığını bildirib. Stanislav Jarın Polşanın hadisə ilə əlaqələndirilməsinin tamamilə əsassız olduğunu vurğulayıb və kəmərlərin Rusiya tərəfindən partladılması versiyasının qüvvədə qaldığını söyləyib.

0.21815204620361