Milli Məclisdən Ərdoğana təbrik

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında mayın 28-də Türkiyədə keçirilən ikinci tur seçkilərinin yekunları müzakirə edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, Milli Məclis sədri Sahibə Qafarovanın sözlərinə görə, Türkiyə dünyaya bir demokratiya dərsi keçərək bir tarixi qələbə yazdı. 

“Nəticədə Rəcəb Tayyib Ərdoğan seçicilərin etimadını qazanaraq  prezident seçilib. Azərbaycan qardaş ölkədə dinc, demokratik seçkilər, o cümlədən Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlı təbrik edirik”, - spiker deyib.

Mürtəza
Demokratikmusavat.com

0.13644099235535