F-16-ların Ukraynaya ötürülməsi dünya üçün tarixi an olacaq - Zelenski

 

Amerikanın F-16 qırıcılarının Ukraynaya ötürülməsi Avropa və dünya üçün tarixi bir an olacaq. Bu, qlobal təhlükəsizlik arxitekturasını müəyyən edəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “G7” sammitinin sessiyasında bildirib.

“Pilotlarımız F-16-nı tanıyanda və bu təyyarələr səmamızda görünəndə bu, tək Ukrayna üçün önəm daşımayacaq. Bu, Avropanın və dünyanın bütün təhlükəsizlik arxitekturası üçün tarixi bir an olacaq”, - dövlət başçısı vurğulayıb.

Zelenski əlavə edib ki, hava qalxanı yalnız yerüstü hava hücumundan müdafiə sistemləri müasir təyyarələrlə üst-üstə düşdükdə tamamlana bilər. Prezidentin sözlərinə görə, Ukrayna “imkanlar boşluğunu aradan qaldırmaq yolu”na doğru irəliləyir.

O, təqdim edilən hava hücumundan müdafiə sistemləri, yəni “Patriot”, “Iris-T”, “NASAMS”, “Crotale”, “Samp-T” üçün tərəfdaşlara təşəkkür edib. Ölkə lideri qeyd edib ki, onlar təkcə müdafiəni təmin etmir, həm də demokratiya üçün qlobal təhlükəsizlik brendi yaradırlar.

Xatırladaq ki, Ukrayna tərəfdaşlarını müasir təyyarələrin, o cümlədən F-16 qırıcılarının tədarükü üçün aviasiya koalisiyası yaratmağa çağırır. Müttəfiqlər, ilk növbədə, ABŞ hava hücumundan müdafiə sisteminin təmin edilməsinin vacibliyini qeyd edərək F-16-nın Ukraynaya ötürülməsi ehtimalını istisna edib.

Lakin son vaxtlar bir neçə Avropa ölkəsi aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildiriblər və ABŞ Prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlayıb. Kimin, nə vaxt və neçə təyyarənin təmin edəcəyi hələlik məlum deyil.

Bununla belə, rəsmi Kiyev koalisiya yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların bu ilin payızında Ukraynada peyda ola biləcəyinə eyham vurub.

0.23109602928162