Kolumbiyada qəzaya uğrayan təyyarədəki 4 uşaq 17 gün sonra sağ tapıldı - FOTO

 

Kolumbiyada Amazon meşələrində qəzaya uğrayan “HK 280” təyyarəsinin göyərtəsində olan 4 uşaq 17 gün sonra sağ tapılıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro öz tviter hesabından məlumat verib.

"Əsgərlərimizin gərgin axtarışları nəticəsində qəzaya uğrayan təyyarədəki 4 uşağı sağ tapdıq. Bu, ölkə üçün böyük sevincdir", - məlumatda deyilir.

13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq Kristian Ranoquenin necə sağ qalmaları barədə təfərrüatlar məlum deyil.

Yerli media 13 yaşlı uşağın ətrafdakı bitkilərdən müvəqqəti sığınacaq qurduğunu açıqlayıb.

Xatırladaq ki, mayın 1-i göyərtəsində 7 nəfər olan təyyarə Quavyaredə qəzaya uğrayıb. Hadisə nəticəsində biri pilot olmaqla 3 nəfər həlak olub. Təyyarənin mexaniki nasazlıq səbəbindən qəzaya uğradığı güman edilir.

Günay

0.14491105079651