Kreml Bakı və İrəvandan asılıdır, heç nə edə bilməz - Rusiyalı ekspert

 

Rusiya hazırda Bakı və İrəvandan asılı vəziyyətdə olduğundan mövcud ssenariyə təsir edib, prosesi dəyişə bilməz.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu rusiyalı ekspert Modest Kolerov erməni mediasına müsahibəsində deyib.

Ekspert bildirib ki, sülhməramlıların mandatı müəyyənləşdiyi üçün Rusiya indi heç nə edə bilməz.

“İstənilən tərəf Rusiyaya deyə bilər ki, sən özünü hara soxursan, sənin sülhməramlı mandatın var və bundan başqa səlahiyyətlərin yoxdur. Sülhməramlılar sülh müqaviləsi imzalananadək olan keçid dövründə Qarabağda qalacaqlar, lakin sonra onların qalma müddəti uzadılmayacaq. Rusiya hazırkı ssenariyə təsir edə bilməz, çünki o, tamamilə Ermənistan və Azərbaycandan asılıdır. Rusiya bunu dəyişə bilməz”, - o vurğulayıb.

O eyni zamanda əlavə edib ki, artıq bir neçə il əvvəl Ermənistan Qarabağdan imtina  edib: “Paşinyan illər əvvəl Qarabağla bağlı qərarı verib”.

 Mürtəza
Demokratikmusavat.com

0.16364884376526