Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir - AFİŞA

 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Demokratikmusavat.com xəbər verir ki, ilk matçda “Qəbələ” “Səbail”i qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun
18 aprel

18:00. “Qəbələ” - “Səbail”

Qəbələ şəhər stadionu

Aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

0.14781808853149