UEFA Avropa Liqasında 1/4 final oyunlarına start verilib.
Demokratikmusavat.com xəbər verir ki, bu mərhələnin açılış matçında İtaliya "Roma"sı Niderlandda "Feyenoord"un qonağı olub.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 53-cü dəqiqədə Mats Viffer vurub. 43-cü dəqiqədə isə "canavarlar"dan Lorentso Pelleqrini penaltidən yararlana bilməyib.
Komandalar arasında cavab oyunu aprelin 20-də keçiriləcək.
UEFA Avropa Liqası
1/4 final
13 aprel
20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) - 1:0
Qol: Mats Mats Viffer, 53
İstifadə edilməyən penalti: Lorentso Pelleqrini, 43
Qeyd edək ki, 1/4 finalın digər 3 matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.