Almaniyanın “Bavariya” klubunda xoşagəlməz hadisə yaşanıb.
Məlumatına görə, Münhen təmsilçisinin iki futbolçusu - Sadio Mane ilə Leroy Sane arasında dava düşüb.
Hadisə dünən axşam komandanın İngiltərədə “Mançester Siti”yə uduzduqları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra baş verib.
İnsidentə almaniyalı yarımmüdafiəçinin seneqallı hücumçu ilə kobud rəftarı səbəb olub. Sanenin danışıq tərzini bəyənməyən Mane qəflətən ona yumruq zərbəsi endirib. Bundan sonra əlbəyaxa dava etməyə başlayan futbolçuları komanda yoldaşları çətinliklə sakitləşdiriblər.
Qeyd edək ki, qarşılaşma “Bavariya”nın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.