Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar verilir - KİV

 

AFFA Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar qəbul etməyə hazırlaşır.

Demokratikmusavat.com "offsideplus"a istinadən xəbər verir ki, ölkənin ali futbol qurumunun gələn ay növbəti mövsüm elitada 12 komandanın çıxış etməsi ilə bağlı qərar verəcəyi gözlənilir. Bu isə o deməkdir ki, cari mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etməyəcək. Əksinə, yeni sezonda ölkə çempionatında 12 komanda çıxış edəcək.

Elitaya yüksəlmək üçün ən böyük şans isə "Araz Naxçıvan"dadır. Naxçıvan təmsilçisi artıq Birinci Divizionda sona 5 tur qalmış 54 xalla çempionluğu təmin edib.

Digər klubun isə "Zaqatala" olacağı ehtimal edilir. Bu günlərdə PFL rəsmiləri sözügedən bölgəyə də yollanıblar.

0.16120409965515