Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçeskunun “Minay”la oyun zamanı halı pisləşib.
Demokratikmusavat.com xəbər verir ki, “Dinamo”nun 2:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra rumıniyalı mütəxəssisə tibbi yardım göstərilib.
Onun qarşıdakı oyunlarda komandasına rəhbərlik edib-etməyəcəyi sual altındadır.
Qeyd edək ki, Luçesku 2020-ci ildən “Dinamo”nu çalışdırır. Onun komandası hazırda 39 xalla Ukrayna Premyer Liqasında 4-cü pillədə qərarlaşıb.