İngiltərə Premyer Liqasının XXXIV turunun "Arsenal" - "Çelsi" oyunu təxirə salınıb.
Demokratikmusavat.com xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub.
Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq.
Qeyd edək ki, "Arsenal" aprelin 26-da "Mançester Siti" ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, "topçular"ın "Çelsi" ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.