“Belə davam etsə, Yaponiya məhv olacaq”

 

“Ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görülməsə, Yaponiya “məhv olacaq”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Yaponiya Baş nazirinin baş müşaviri Masako Mori Yaponiyanın fevralın 28-də rekord dərəcədə aşağı doğum səviyyəsini elan etməsindən sonra “Bloomberg”-ə bildirib.

Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə yeni doğulanların sayı əvvəlki ilə nisbətən 5,1 faiz azalaraq 799 min 728 olub. Bu, Yaponiyanın 1899-cu ildə qeydlər aparmağa başlamasından bəri ən aşağı göstəricidir.

Məlumatlar göstərir ki, eyni dövrdə ölənlərin sayı 8,9 faiz artaraq 1,58 milyon nəfərə çatıb.

0.18316888809204