Helikopter qəzasında yaralanan nazirə diaqnoz qoyuldu

 

İranın cənubunda helikopter qəzası nəticəsində yaralanan İranın idman naziri Həmid Saccadi beyin qanaması diaqnozu ilə Kirmandakı xəstəxanaya yerləşdirilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə IRNA-ya Kirman əyalətinin Fövqəladə Hallar Xidməti rəhbəri məlumat verib.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Xatırladaq ki, bu gün Kirman əyalətinin Baft şəhərində İranın idman naziri Həmid Saccadinin göyərtəsində olduğu helikopter eniş edərkən qəzaya uğrayıb. Nazirin müşaviri vəfat edib.(Report)

0.20094299316406