Zəlzələ nəticəsində yuvarlanan qayalar 10-larla insanın  ölümünə səbəb olub

 

Hatayın Kırıkhan rayonunun Bekdaşlı kəndində zəlzələnin təsiri ilə dağdan qopan qayalar yuvarlanaraq birmərtəbəli evlərin üzərinə düşüb.

Demokratikmusavat.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, nəticədə dağılan evlərdə 49 nəfər həyatını itirib.

“Həyat yoldaşımla yatırdım, titrəmə olanda ayağa qalxdım. Yoldaşım bunun afterşok olduğunu düşündü. Sarsıntı güclənəndə qaçdım. 15 nəfər dağıntılar altında qaldı. Evi dağa yaxın olanlar isə qaçdı” – sakinlərdən biri söyləyib.

Zəlzələdən zərər çəkmiş 10 vilayətin ümumi əhalisi 13 milyon 421 min nəfərdir. 

Qeyd edək ki, zəlzələdə həyatını itirən vətəndaşların sayı 38 min 44-dür.

0.15447688102722