Zəlzələnin 12-ci günündə sevindirən xəbər: daha 3 nəfərin sağ olduğu üzə çıxdı

 

Zəlzələnin 12-ci günündə Hatayda Dəfnə adlı yaşayış binasının dağıntıları altında yenidən axtarış işlərinə başlanılıb.

Demokratikmusavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, dünən gecə saatlarında həmin ərazidə səs və istilik aşkarlanıb. 

Dağıntılar altında 20 nəfərin olduğu müəyyənləşdirilsə də, yalnız 3 nəfərdən səs və istilik alınıb. Bu gün isə səs yenidən güclənib. Ümidlər hələ də davam edir. 

Axtarış-xilasetmə qrupları hazırda 3 nəfərin olduğu nöqtəyə çatmağa çalışır. Onların 2-ci və ya 3-cü mərtəbədə olduğu düşünülür. 

Təcili tibbi yardımın da ərazidə gözlədiyi bildirilir.

Günay

 

0.1576828956604