261 saat sonra 2 gənc sağ tapıldı - VİDEO

 

Türkiyədə 2 gənc oğlan 261 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Demokratikmusavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, növbəti möcüzə Hatay şəhərinin Antakya rayonunda yaşanıb.

Belə ki, 26 yaşlı Mehmet Əli Şakiroğlu və 33 yaşı Mustafa Avcı zəlzələdən 261 saat sonra xilas edilib.
M.Avcı axtarış-xilasetmə əməkdaşlarının birinin telefonu ilə yaxınlarından birinə zəng edib. 33 yaşlı şəxs xilasedilərdən birinin əlini öpərək təşəkkür edib.

M.A.Şakiroğlu isə zəlzələ baş verən gün oğlunu xəstəxanaya aparıbmış. Təbii fəlakətdən sonra onun həyat yoldaşı, oğlu və atası sağ çıxarılsa da, onun yerinini müəyyənləşdirə bilməmişdilər.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Billurə

0.17514300346375