Məhkəmə sabiq deputatın bağ evlərinə baxış keçirdi - ÇƏKİŞMƏ...

 

Bu gün Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın iştirakı ilə sabiq deputat Qalib Salahzadəyə məxsus bağ evlərinə baxış keçirilib.

Demokratikmusavat.com Teleqraf.com-a istinadla bildirir ki, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1,2 və 3 ünvanlarında olan əraziyə baxışda həm iddiaçı (Qalib Salahzadə və qohumları), həm də cavabdeh tərəfin (Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu) nümayəndələri iştirak ediblər.

İddiaçılardan biri Həmidağa Zahidov saytımıza bildirib ki, sözügedən bağda 8 ev var: “Biz həmin evlərdə daimi yaşamaq hüququ olmaqla qeydiyyatdayıq. 1990-cı ilərin əvvəllərində tikilmiş evlərdir. Uzun müddət burada yaşamışıq. Evlərə baxış prosesində ustalar da iştirak ediblər. Onlar da evlərin bizə məxsus olduğunu təsdiqləyiblər.

Təəssüf ki, özünü Rəsul Quliyevin yaxını kimi təqdim edən Ağasif Şakiroğlu hansısa ünvana aid olan torpağa dair çıxarışı əlində bayraq tutaraq bizim bağ evlərimizə sahiblənib. Onun əlindəki çıxarış tamam başqa ünvana aiddir. Bizim tələbimiz odur ki, Ağasif Şakiroğlunun çıxarışının ünvanı dəqiqləşdirilsin və bizim evləri tərk eləsin”.

İddiaçılar daha öncə məhkəmədən xahiş ediblər ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızı, Quliyev Ziya Rəsul oğlu və Quliyeva Zenfira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.

Şahnaz

0.24105501174927