"Rahathulqum"

 

İdris Abbasov:
Azərbaycanda ən rahat qazanc gətirən vəzifələrdən biri də Ali Attestasiya Komissiyasının sədri vəzifəsidir. Görün, indiyədək onlardan birisini cəzalandırıblarmı?

O qurumun müavini, şöbə müdirləri və s. olub özünü yaxşıca tutan birisinə "gözün üstə qaşın var" deyən olubmu? "Yaxşılıq" edib çoxlu dost tutmaq baxımından da ideal bir qurumdur. Hətta hüquq-mühafizə sistemində çalışan və alim olmaq istəyənlər də bu qurumun əlindən gəlib keçir. Nə çoxdur diplom yanğılılıları! Hamı İdris Abbasov kimi "dövlət", "qanun", "düzlük", "ədalət" deyib kasıb həyata razı olan deyil ki! 

O qurumda ictimai əsaslarla ekspert olmaqdan ötrü ürəyi gedənlər də var. Niyəsi araşdırma tələb edir. 

Ümid edirəm ki, yoxlamalar AAK-a da çatacaq. Az qala hər həftə, hər gün diplomlaşdırılan elmin vəziyyəti çox bərbaddır! Normativ sənədlərlə manipulyasiyalar, diplom təqdimetmə mərasimləri, reklamlar, sadəcə, gözə kül üfürmək üçündür.

Demokratikmusavat.com

0.19546604156494