20 yanvardakı məşhur binada söküntü işləri aparılır - FOTO

 

Paytaxtın 20 yanvar dairəsində yerləşən Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında təmir-tikinti işləri davam edir.

Ölkə.Az xəbər verir ki, daha əvvəl də üzərindəki bayraq və yazının sökülməsi ilə gündəmə gələn binanın ön hissəsi tamamilə sökülüb.

Binada görülən işlərin təmirlə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, Mərkəzin binasının üzərində Cümhuriyyətin qurucusu, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri və Azərbaycan Respublikasının bayrağı əks olunub. Söküntü işlərinə başlanılarkən ilk olaraq bayrağın sökülməsi narahatlıq doğurmuşdu. 

Rəsmi qurumlar verdikləri açıqlamalarda binanın üstündəki yazı və bayrağın da təmirdən sonra bərpa olunacağını açıqlayıb.

Billurə Yunus

0.16238808631897