İcbari Sığorta Bürosu (İSB) "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin adlarını açıqlayıb.
Demokratikmusavat.com bu barədə rəsmi mətbuata istinadən xəbər verir.
Məlumata görə, həmin sığortaçılar "Atasığorta", "Atəşgah Sığorta", "Azərsığorta", "Azərbaycan Sənaye Sığorta", "A-Qrup Sığorta", "Bakı Sığorta", "Günay Sığorta", "Naxçıvan Sığorta", "İpək Yolu Sığorta", "Meqa Sığorta", "Qala Sığorta", "PAŞA Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.