Pərviz Şahbazov “OPEC plus” iclasında iştirak edəcək

 

Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.

Bu barədə “Demokratikmusavat.com ”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.

Qeyd edək ki, bu iclasda alyans üzvləri hasilatın gündəlik 1 milyon barel azaldılmasını nəzərdən keçirəcək.

Xatırladaq ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.

0.25275707244873