Paralel.az -ın məlumatın ..."> Paralel.az -ın məlumatın ...">

"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

 

"Öncə Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət olsun".

Demokratikmusavat.com -ın məlumatına görə, bunu "Sabah"ın məşqçisi Artur Olenin evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII turunun açılış oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, görüş ərzində çoxlu sayda qol epizodları yaratsalar da, bundan istifadə edə bilməyiblər: "Realizasiya yaxşı deyildi. Bunun üzərində işləyəcəyik".

O, sonda zədəlilərin tezliklə sıraya qayıdacağına inandığını söyləyib.

0.056951999664307