Məşhur futbolçu adını döymə etdirdiyi körpənin atası olmadığını öyrəndi

 

"Real Madrid"in keçmiş futbolçusu Vinisius Tobias uşağının adını qoluna döymə kimi yazdırandan bir neçə gün sonra körpənin onun olmadığını öyrənib.

Demokratikmusavat.com Lent.az-a istinadən xəbər verir ki, Ukraynanın "Şaxtyor Donetsk" komandasında oynayan braziliyalı futbolçu Vinisius Tobias aldığı xəbərdən məyus olub.

"Real"ın sabiq futbolçusu Vinisius bir müddət əvvəl həyat yoldaşı İnqridin hamilə olduğunu açıqlamışdı.

Məşhur oyunçu qızına olan sevgisini bədəninə “Səni sevirəm, Maitê” mənasını verən “Maitê te amo” döyməsi ilə həkk edib.

Son zamanlar artan aldatma iddialarına biganə qala bilməyən futbolçu nəhayət DNT testi etdirmək qərarına gəlib.

İddiaları təkzib etmək ümidi ilə DNT testi keçirən Vinisius Tobias nəticəni öyrənəndə darmadağın olub.

Pərəstişkarları sosial mediada gənc futbolçuya dəstək verərkən, həyat yoldaşı İnqrid kütləvi linçlə üzləşib.

 

0.17960500717163