Çindən çağırış: İsraili təcili tərk edin

 

Yaxın Şərqdə İsraillə Hizbullah arasında gərginliyin artdığı bir vaxtda Çin İsraildəki vətəndaşlarını təhlükəsizlikləri üçün mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Demokratikmusavat.com xəbər verir ki, belə bir çağırışlar Çinin Təl-Əvivdəki səfirliyi çıxış edib.

Verilən açıqlamada İsrail-Livan sərhədində hərbi qarşıdurmaların artdığı və bu səbəbdən ölkədə təhlükəsizlik vəziyyətinin ağır, mürəkkəb və gözlənilməz olduğu bildirilib.

"Biz İsraildəki Çin vətəndaşlarını mümkün qədər tez ölkələrinə qayıtmağa və ya daha təhlükəsiz bölgələrdə məskunlaşmağa çağırırıq", - səfirliyin bəyanatda deyilir . 

 

0.23675489425659