Almaniyada itkin düşdüyü deyilən sabiq məmurun oğlundan YENİ XƏBƏR

 

"Almaniyada itkin düşdüyü deyilən Tamerlan Təhməzovun anası yayılan məlumatlarla razılaşmır".

Demokratikmusavat.com xəbər verir ki, gənc oğlanın anası lent.az-a bildirib ki, oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, oğlu Tamerlanla yaxın günlərdə telefon vasitəsilə əlaqə saxlayıb.

Qeyd edək ki, Tamerlan Təhməzov sabiq baş nazirin müavini Əli Təhməzovun oğludur.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Almaniyanın paytaxtı Berlin şəhərində doktorantura təhsili alan Tamerlan Təhməzovun itkin düşməsi barədə xəbər yayılıb.

0.059372186660767