Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
Bu barədə Demokratikmusavat.com a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.
Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.
***
Türkiyənin İstanbul şəhərində "3+3" regional məşvərət formatının iclası çərçivəsində Azərbaycan-Ermənistan sülh müqaviləsi və xarici işlər nazirlərinin iştirakı ilə dövlətlərarası münasibətlərin qurulması üzrə danışıqların növbəti raundu yenicə başlayıb.
Bu barədə Demokratikmusavat.com -a Azərbaycan XİN-dən məlumat verilib.