Messiyə yeni təklif

 
PSJ ulduz futbolçusu Lionel Messini heyətində saxlamağa qərar verib.
 
Demokratikmusavat.com -ın apasport.az-a istinadən məlumatına görə, bu üzdən də hücumçuya yeni müqavilə təklif olunacaq.
 
Fransa klubu Messi ilə 2 illik anlaşma imzalamağı planlaşdırır. Lakin hələ danışıqlara start verilməyib. Klub rəhbərliyi Qətərdəki DÇ-2022-dən sona Lionellə danışıqlara başlayacaq.
 
Qeyd edək ki, argentinalı cari mövsümün 7 oyununda 3 qol və 7 assistə imza atıb.
0.051635026931763