UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

 

UEFA Fransada "Renn" və Türkiyə "Fənərbağça"sı arasında keçiriləcək Avropa Liqasının B qrupunun II tur matçını yüksək riskli oyunlar kateqoriyasına salıb.

Demokratikmusavat.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, təhlükəsizlik səbəbindən qarşılaşmadan öncə kassadan bilet satışı olmayacaq.

Qurum iki komandanın azarkeşləri arasında mümkün qarşıdurmanın yaşanmaması üçün bu addımı atıb.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0.053459882736206