“Qarabağ” - “Nant” oyunu üçün satılan biletlərin sayı AÇIQLANDI

 

Bakıda “Qarabağ” və Fransa “Nant”ı arasında keçiriləcək UEFA Avropa Liqasının G turunun II tur oyunu üçün satılmış biletlərin sayı açıqlanıb.

Demokratikmusavat.com xəbər verir ki, klubdan verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin artıq 21 000 ədədi alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 5 AZN, 20 AZN, 30 AZN, 75 AZN və 100 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

0.064553022384644