"Barselona"nın futbolçusu İtaliya klubuna keçir

 

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtiti karyerasını İtaliyada davam etdirəcək.

Bu barədə tanınmış insayder Fabritsio Romano bildirib.

Onun sözlərinə görə, 29 yaşlı müdafiəçi "Leççe"də çıxış edəcək. Yumtiti artıq yeni klubu ilə şərtləri də razılaşdırıb. Fransalı oyunçunun növbəti həftə İtaliyaya yola düşəcəyi gözlənilir.

Qeyd edək ki, Samuel Uumtiti 2016-cı ildən "Barselona"da çıxış edir. Fransalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

0.060142040252686